image-qanunla-reklam
image-hesenirlou

İran səfiri koronadan öldü

image-lady-day-az

İranın Yəməndəki səfiri Həsən İrlou COVİD-19-dan ölüb.

Qanunla.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən həftə iranlı diplomatın COVİD-19 testi müsbət çıxıb:

“İrlou işgüzar səfəri zamanı koronavirusa yoluxub və bəzi ölkələrin gecikmiş əməkdaşlığı səbəbindən təəssüf ki, o ölkəyə ağır vəziyyətdə gətirilib. Baxmayaraq ki, onun müalicəsi üçün bütün tədbirlər görülüb lakin o, bu gün səhər saatlarında dünyasını dəyişib”.

Qeyd edək ki, dekabrın 19-da İran mediası Səna şəhərində diplomatik missiyasını yerinə yetirən səfirin Səudiyyə Ərəbistanının razılığı ilə təxliyə olunduğunu yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki