image-qanunla-reklam
image-media-1751655075_69dcf7fe43e3176582a50b12fd1fc5d5-fp39hybu0g2ncqxmwtlj

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz

image-lady-day-az

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz.

2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında İqtisadi Əməkdaşlıq Təşkilatının IX və XII Zirvə görüşlərinin Bakıda keçirilmişdir. Bu gün isə 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu nüfuzlu tədbir Azərbaycanın postmüharibə dövründə yaratdığı reallıqların, inkişafın dünyaya növbəti təqdimatı idi. Azad olunmuş ərazilərin bərpası, qısa müddət ərzində regionun ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi burada təşkil olunan beynəlxalq tədbirlər vasitəsilə dünyaya ciddi mesajlar verir. Azərbaycan 1992-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür.. 2020-ci ilə qədər ölkəmiz bu platformadan işğala məruz qalan tərəf kimi reallıqları dünya ictimaiyyətinə çatdırırdı. Bir beçə gün əvvəl isə dünya Xankəndidə keçirilən 17-ci Zirvə görüşü vasitəsilə bu reallıqların şahidi oldu.

Prezident cənab İlham Əliyevin Zirvə görüşündəki çıxışından bəzi məqamları diqqətə çatdıraraq deyib ki, dövlətimizin başçısının çıxışına “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti ilə başlaması hər bir azərbaycanlının qəlbində qürur hissi yaratdı. Otuz il davam edən işğaldan sonra Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanması, həmçinin bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqlarının Azərbaycan Bayrağı ilə birlikdə dalğalanması Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajların verilməsidir. Dövlətimizin başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu vurğulayıb. Cənab Prezident qeyd edib ki, indi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük qayıdış” proqramı uğurla icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir. Ölkə başçısı keçən ay İƏT-in İstanbulda keçirilmiş Nazirlər Şurasında bütün 57 üzv ölkənin yekdil qərarı ilə Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin qəbul olunmasını yüksək qiymətləndirdiyini bildirib. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirlərində həmişə fəal iştirak edib. Zirvə görüşündə iştirak edən dövlət başçıları tədbirin yüksəksəviyyədə təşkil oldunduğunu bildiriblər. 2026-cı ilin Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm paytaxtı elan edilməsi iqtisadi sahədə əməkdaşlığı daha da dərinləşdirmək baxımından əhəmiyyət kəsb edib.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki