Bir çox xəstəliklər uşaqlıq dövründə aşkarlanır. Onların vaxtında müalicəsi ilə uşaqlar arasında əlilliyin yaranmasının, eləcə də ölüm hallarının qarşısının alınmasına çalışırıq.
Qanunla.Az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, son 10 ildə 700-ə qədər səhiyyə ocağı yenilənib:
“Onların böyük qismində uşaqların müalicəsinə yardımlar göstərilir. Son yüzilliyin ən böyük uğurlarından biri vaksinasiya və ana-uşaq ölümlərinin sayının azalmasıdır. 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı araşdırma zamanı insanların peyvəndə etibarsız yanaşdığı məlum oldu. Lakin aparılan maariflənmə tədbirləri sayəsində peyvəndlərə etibar yarandı. Ölkədə icbari tibbi sığorta sahəsində uşaqlara xüsusi diqqət ayrılır”.
Rahim Əliyev əlavə edib ki, 2 il əvvəl Operativ Qərargahın qadağalarına ciddi riayət edilmirdisə, bu gün açıq havada tibbi maska taxılması məcburi olmadığı halda maska taxırlar. Bu da sağlamlıq mədəniyyətinə əvvəlkindən daha çox diqqət edildiyini göstərir.



















