image-qanunla-reklam
image-media-ilham-guhl6paqbyrtk0e5nvm1

İnsan Kapitalı, Enerji Təhlükəsizliyi və İnnovasiya – Azərbaycanın Yeni İnkişaf Modeli

image-lady-day-az

İnsan Kapitalı, Enerji Təhlükəsizliyi və İnnovasiya – Azərbaycanın Yeni İnkişaf Modeli

Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu göstərir ki, düzgün müəyyən edilmiş strateji prioritetlər ölkənin dayanıqlı inkişafını təmin edir. İlham Əliyev tərəfindən 2003-cü ildən irəli sürülən “Neft kapitalını insan kapitalına çevirməliyik!” tezisi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi öz bəhrəsini verir.

Son iki onillikdə ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə qoyulması, bunun 200 milyard dollarının qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirildiyini göstərir. Qeyri-neft sənayesində müşahidə olunan artım tempi Azərbaycanın iqtisadi modelinin davamlılığını sübut edir.

Enerji sahəsində əldə olunan nailiyyətlər isə rəqəmsal transformasiya üçün mühüm baza yaradır. Generasiya gücünün 10 min meqavata çatdırılması və ən azı 2 min meqavat istifadə edilməyən potensialın mövcudluğu böyük enerji tələb edən data mərkəzlərinin yaradılması üçün əlverişli şərait formalaşdırır. Qaz, hidro, günəş və külək elektrik stansiyalarının fəaliyyəti, həmçinin bərpaolunan enerji layihələrinin genişləndirilməsi Azərbaycanın enerji təhlükəsizliyini daha da möhkəmləndirir.

Rəqəmsal inkişafın əsas şərtlərindən biri isə yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Ali təhsil müəssisələrində informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik ixtisaslarına marağın artırılması, xaricdə təhsil proqramlarının bu istiqamətlərə yönəldilməsi və orta məktəblərdə müasir texnoloji biliklərin tədrisi uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.

Eyni zamanda, dövlət qurumlarında süni intellektin tətbiqi qərarvermə proseslərinin səmərəliliyini artıracaq, insan faktorundan qaynaqlanan riskləri minimuma endirəcəkdir. Kibertəhlükəsizlik sahəsində institusional mexanizmlərin gücləndirilməsi isə milli təhlükəsizlik məsələsi kimi xüsusi əhəmiyyət daşıyır.

Mən əminəm ki, insan kapitalına yatırım, güclü enerji bazası və innovativ yanaşma Azərbaycanın yeni inkişaf modelinin əsas sütunlarıdır. Bu model ölkəmizi regionun lider dövlətinə çevirməklə yanaşı, qlobal miqyasda da rəqabətqabiliyyətli aktor kimi mövqeyini daha da möhkəmləndirəcəkdir.

 

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki