image-qanunla-reklam
image-1625291186_adb9c50a-aff9-380c-964f-03f859f2a39c_850

İnfeksionist: “”Delta” ştammı ilə qarşılaşmaq ehtimalımız azdır, çünki… ” 

image-lady-day-az
Artıq bir müddətdir ki, koronavirusun yeni ortaya çıxan “Delta” (Hindistan) ştammı bütün dünyanı qorxuya salıb. Yeni ştamm ölkəmizin sərhədlərinə qədər gəlib çatıb. Belə ki, Azərbaycanla sərhəd olan Gürcüstanda, Rusiyada, Türkiyədə, İranda adı çəkilən təhlükəli ştamm aşkar edilib. Mütəxəssislərin də qeyd etdiyi kimi, ölkəyə giriş-çıxışın aktiv olduğu bir vaxtda “Delta” ştammınının ölkəmizdə də aşkar edilməsi an məsələsidir.
Bəs bu ştammla qarşı-qarşıya gəlsək, özümüzü necə qoruyaq?
Tanınmış  infeksionist Nazxanım Qasımova mövzu ilə bağlı Moderator.az-a danışıb:
“Dünyada sürətlə yayılan “Delta” ştammı  90-dan çox ölkədə mövcuddur.  Hazırda  qonşu ölkələrdə bu virusa yoluxanlar kifayət qədərdir. Bundan başqa dünyada digər ştammlar da mövcuddur. Hansı ki, bu viruslar  əvvəl də  var idi, indi də. Sadəcə “Delta” ştammının yoluxuculuğu, keçiciliyi daha yüksəkdir, sürətlə yayılır və gedişat bir qədər ağır  keçir. Buna görə də mütəxəssislər həyəcan təbili  çalır”.
İnfeksionist qeyd edib ki, bu ştamm daha çox vaksinasiya olunmamış əhali arasında yayılır:
“Hansı ölkələrdəki əhali vaksin olmunmayıb, orada yayılma faktorları daha sürətli baş tutdu. Vaksin olunanlar arasında yayılma müşahinə olunmadı.  Nəzərə alsaq  ki, bu daha çox Hindistanda olub orada isə heç bir vaksinasiyadan söhbət getmir. Orada bu proses ona görə sürətlə yayıldı. Elmi tərəfdən yanaşdıqda bütün ştammlara qarşı vaksin qoruyuculuq təşkil edir.  Çünki eyni bir  virusdur. Hazırda Azərbaycanda  vəziyyət stabildir. Səbəb də ondan ibarətdir ki, biz vaksinasiyaya başlayan ilk dövlətlərdən olduq. Dünyada öndə gedən ölkələrlə  birlikdə biz də  vaksinasiyaya başladıq və 4 mindən çox insan vaksin olundu. Əhalinin müəyyən hissəsi artıq yoluxub və sağalıb.  Beləliklə də “Covid-19” qarşı immunitet yaranıb. Bunun üçün normal halda biz “Delta” ştammı ilə qarşılaşımamalıyıq. Biz isə özümüzü ancaq vaksinasiya olunmaqla qoruya bilərik”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki