image-qanunla-reklam
image-18ed0579-78ba-3fdd-bc95-d6a2ef22f61c_850

İmişlidə “Shacman” aşıb, xəsarət alan var

image-lady-day-az

İmişlidə yük maşınının aşması nəticəsində bir nəfər xəsarət alıb.

Hhadisə rayonun Bəhrəmtəpə yolunda qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Allahverdiyev Zaur Mətləb oğlu sükanı arxasında olduğu “Shacman” yük maşını anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Qəza nəticəsində yük maşının sürücüsü kəllə-beyin travması alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki