image-qanunla-reklam
image-1758819423_68d573407d31568d573407d316175881913668d573407d31368d573407d314

İlham Əliyev bununla BMT mexanizmlərinin və beynəlxalq hüququn Xəzərin müdafiəsində istifadə edilə biləcəyi mesajını verdi

image-lady-day-az

Cənab Prezident İlham Əliyev bununla BMT mexanizmlərinin və beynəlxalq hüququn Xəzərin müdafiəsində istifadə edilə biləcəyi mesajını verdi

Bütün göllər kimi, Xəzər də öz ekoloji əhəmiyyətindən başqa, iqlimin tənzimlənməsinə böyük töhfə verir, ətraf əraziləri sərin saxlayır, daşqın sularını udur və karbonu özündə saxlaya bilir. Eyni zamanda, turizm, balıqçılıq, neft və qaz istismarı və digər fəaliyyətlər ilə ölkənin iqtisadi rifahını gücləndirən imkanlar açır.

Xəzər dənizi sadəcə bir su hövzəsi deyil – o, regionumuzun döyünən ürəyidir. Xəzər, həmçinin, saysız-hesabsız balıq, bitki və digər canlı növlərinə məskən olaraq, biomüxtəlifliyin qorunmasında həlledici rol oynayır.

Lakin hazırda Xəzər dənizi ciddi ekoloji problemlərlə üz-üzədir. Eyni zamanda qlobal istiləşmə və hədsiz istifadə nəticəsində Xəzərə axan çayların suyunda azalma müşahidə olunur. Xəzərə tökülən və onu qidalandıran əsas su ehtiyatı – Volqa çayının suyunun azalması ən başlıca səbəblərdən biridir. Son 10 ildə bir metrdən çox onun səviyyəsi aşağı düşüb. Xəzərin suyunun çəkilməsi neft və qaz istismarına da öz mənfi təsirini göstərir. Onun sahilləri quruyur, ətrafında isə səhralaşma sürətlə yayılır.

Xəzərə axan çayların suyunun təmiz olmaması da burada əlavə ekoloji çirklənmə yaradır. Belə ki, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin çirkab sularının transsərhəd çaylara axıdılması nəticəsində Xəzərə tökülən həm Araz, həm də Kür çayı kimyəvi çirklənməyə məruz qalır. Bununla da BMT-in Transsərhəd Kontekstdə Ətraf Mühitin Qiymətləndirilməsi üzrə Espoo Konvensiyasının tələbləri pozulur.

Bu, yalnız Azərbaycanın problemi deyil. Xəzər beş ölkəni birləşdirir. Bu dəniz region iqtisadiyyatı üçün strateji nəqliyyat dəhlizidir. Heç bir ölkə təkbaşına bu dənizi xilas edə bilməz. Beş ölkə yalnız çiyin-çiyinə bu problemi həll edərək Xəzəri qoruya bilər. Qeyd edim ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə görüşündə imzalanmışdır.

BMT Baş Assambleyasının 80-cı sessiyası zamanı dövlət başçımız Xəzərin suyunun sürətlə azaldığını və bunun yalnız iqlim dəyişmələri ilə bağlı olmadığını bildirdi. Xəzərin qorunması üçün region ölkələrinin birgə səylərinin vacibliyini qeyd edən Prezident bu sahədə BMT ilə əməkdaşlığa hazır olduğumuzu ifadə etdi.

Prezident İlham Əliyev bununla BMT mexanizmlərinin və beynəlxalq hüququn Xəzərin müdafiəsində istifadə edilə biləcəyi mesajını verdi. Ətraf mühitin qorunması sahəsində Konvensiyaların, xüsusilə “Beynəlxalq Göllər haqqında” Konvensiyanın tələblərindən irəli gələrək BMT Xəzəryanı ölkələrin bu sahədə regional əməkdaşlıqlarını təşviq edə bilər.

BMT-in “Sərhədi keçən su axınları və beynəlxalq göllərin qorunması və istifadəsi” haqqında 1992-ci ildə Helsinkidə qəbul edilmiş konvensiyasının məqsədi dövlətlər arasında su mənbələrinin qorunması və dayanıqlı istifadə prinsiplərini təmin etmək üçün əməkdaşlıq mexanizmləri yaratmaqdır. Konvensiya, monitorinq, tədqiqat, məlumat mübadiləsi, xəbərdarlıq sistemləri, qarşılıqlı yardım və ictimai iştirak kimi tədbirləri nəzərdə tutur.

 

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki