image-qanunla-reklam
image-resmi887

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi

image-lady-day-az

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi.

Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi tarixi missiyasının ən parlaq məqamlarından oldu. Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən Savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yenə də məhz möhtərəm Prezidentimizin “Dəmir yumruğ”unun qəti qələbəsidir. Cəmi 23 saat ərzində həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət tarixi Zəfərin ildönümü ərəfəsində xüsusi əhəmiyyət kəsb edir. 20 il öncə andiçmə mərasimində: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, – deyərək səlahiyyətlərinin icrasını üzərinə götürən cənab İlham Əliyev, əslində, ali dövləti fəaliyyətinin elə ilk günündən Vətən müharibəsinə başlamışdı. Sadəcə, bu savaş 2020-ci il sentyabrın 27-də həlledici hərbi fazaya qədəm qoydu və 17 illik hazırlıq Ermənistanın rəsmən təslim olması ilə uğurla yekunlaşdı.

Cənab Prezident İlham Əliyev uzun onilliklərin əsas problemini – 86,6 min kv. km-lik torpaqlarımızda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun təminini bir həmlə ilə həll etdi. Zati-aliləri Azərbaycanı iki əsrdir təhdid edən, xalqımıza qanlı soyqırımlar, dövlətimizə ərazi itkiləri yaşadan işğalçılıq siyasətini, “dənizdən-dənizə” xülyalarını puç etdi, eyni zamanda Azərbaycanın təhlükəsizlik sisteminin, nəhayət ki, tam formalaşmasına, davamlı təhdidlərin zərərsizləşdirilməsinə nail oldu. Beləliklə, həm də Ulu Öndərin müqəddəs arzuları, vəsiyyətləri Müzəffər Komandanımızın rəhbərliyi ilə məhz “Heydər Əliyev İli”ndə gerçəyə çevrildi. Son beş əsrlik tariximizin ən böyük qəhrəmanlıq səhifəsinin məhz bu yubiley ilində tarixə yazılması həm də Lider, Xalq, Ordu birliyinin sarsılmazlığının, onun Dahi Öndərin işıqlı ideallarına, arzularına sonsuz məhəbbətinin və sədaqətinin parlaq təzahürüdür.
Bu proseslər çərçivəsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının əsas prinsipi olan “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir” – müddəası da təmin olundu. Tarixi Zəfər və onun davamı olan antiterror tədbirləri təhlükəsizlik sisteminin son hədəfini gerçəkləşdirərək, onun tamlığını reallaşdırdı.

Zərdab Gənclər evi SXM-in əməkdaşı –Kamal Xəlilov

 

 

2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur.

Tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi”nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir. Avantürist rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məhkum etdi. Siyasi xaos, iqtisadi və sosial tənəzzül, korrupsiyalaşmış dövlət aparatı, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşıdurması, xaricə kütləvi miqrasiya və erməni xalqının faciələrini əks etdirən digər belə amillər Ermənistanın artıq geriyədönməz son iflas astanasında olduğunu göstərir. Erməni ictimaiyyətində öz həyatlarında yeni səhifə açmaqla bağlı çağırışların kütləviləşməsi ümid yaradır ki, bu ölkə sülh müqaviləsinin təcili imzalanmasına səmimi çalışacaq.Bir mühüm məqama da toxunmaq istərdim. Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün bu ölkəni daha böyük itkilərə yaxınlaşdırır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdırmaq, sülh müqaviləsini imzalamaq indi daha çox Ermənistana lazımdır. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib, sərhədlərimiz bütünlüklə nəzarətə götürülüb, qarşı tərəfdən ölkəmizə təhlükə yaradan strateji mövqelər hərtərəfli müşahidəmiz altındadır. Bütövlükdə Avrasiya məkanında, qlobal platformada Azərbaycan və onun dünya siyasətində öz qətiyyətli və prinsipial mövqeyi ilə böyük nüfuz qazanmış qüdrətli Lideri olan ölkəmiz enerji, nəqliyyat-logistika, sosial-iqtisadi, ümumilikdə dayanıqlı inkişaf təhlükəsizliyinin bütün istiqamətlərində etibarlı tərəfdaş kimi qəbul olunur, onun bu sahədə də təcrübəsi öyrənilir.Təcrübədən söhbət düşmüşkən, bir əsas məqamı da xüsusi vurğulamaq istərdim. Belə ki, hazırda bir çox ölkələrin hərbi məktəblərində, analitik mərkəzlərində ən mükəmməl 5-ci nəsil savaşı kimi öyrənilən Vətən müharibəsi “dərsləri” də cənab İlham Əliyevin və rəşadətli Silahlı Qüvvələrimizin fəaliyyət nəticəsi kimi tarixə düşmüşdür. Dünyanın ən güclü lobbilərindən sayılan, onlarla dövlətin parlamentinə, hökumətinə, rəsmi funksionerlərinə birbaşa təsir gücü olan, qlobal terrorçu şəbəkələrini Qarabağ münaqişəsinə cəlb edən dünya erməniliyini Azərbaycan Prezidenti “dəmir yumruğ”u ilə tərk-silah etmişdir. Bir sözlə, cənab İlham Əliyevin adı, imzası, iştirakı harada varsa, orada təhlükə, risk yoxdur – dünyanın qəbul etdiyi və hesablaşdığı həqiqət budur! Onun adı qlobal inkişafın, imzası etibarlı tərəfdaşlığın, iştirakı isə uğurlu nəticənin təmini və rəmzidir! Bu gün tariximizin yeni şanlı səhifələri yazılır. Zəfər indi genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Bu tarixi mərhələdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər xüsusi önəm daşıyır. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələr, yeni tikilən, bərpa edilən mədəni-mənəvi incilərimiz, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar bölgənin həyatında canlanma yaradır. Qarabağın və Şərqi Zəngəzurun baş memarları olan Prezident cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə bölgə yenidən cənnətə çevrilir. Bu isə ötən çox çətin, mürəkkəb, həm də şərəfli 20 ilin məntiqi davamı, qanunauyğun nəticəsidir.
Qürurverici reallıqlardan biri də odur ki, cənab İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq platformada real statusu Prezidentlik vəzifəsindən dəfələrlə üstün qəbul edilir. Onun daşıdığı missiyanın qlobal miqyası, ümumiyyətlə, hansısa vəzifəylə əlaqələndirilmir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır. Bütün tarixi şəxsiyyətlər kimi, cənab İlham Əliyev də məhz tarix yaradan, tarixdə əbədi yaşayacaq, Azərbaycana Zəfər bəxş etmiş möhtəşəm Liderdir!

Zərdab Gənclər evi SXM-in metodisti-Toğrul Abulov

 

 

 

“Cənub Qaz Dəhlizi”.

“Cənub Qaz Dəhlizi”nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Qeyd edək ki, 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıblar. Sözügedən sənəd TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Bir il sonra isə Azərbaycan və Türkiyənin dövlət başçıları Trans-Anadolu Qaz Boru Kəməri ilə bağlı müqaviləyə imza atıblar.  Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır. XXI əsrin nəhəng enerji dəhlizinin açılışı isə 2018-ci il mayın 29-da  Bakıda baş tutub.  Cənub Qaz Dəhlizinin ilk seqmenti olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng enerji layihəsidir. Sözügedən layihə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil olunan illik 10 milyard kubmetrdən əlavə daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. 2006-cı ilin sonlarında istismara verilmiş “Şahdəniz” yatağının ilkin balans ehtiyatı 1 trilyon kubmetrdən artıq təbii qaz və 2 milyard bareldən artıq kondensat həcmində qiymətləndirilib. “Şahdəniz-2” layihəsi Avropa bazarlarının “mavi yanacaq”la təchizatına, bir sıra ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Cənub Qaz Dəhlizinin yaradılması, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər.

“Şahdəniz” qazını Türkiyənin dərinliklərinə nəqlini həyata keçirən  TANAP-ın təməlqoyma mərasimi 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Uzunluğu 1850 kilometr olan TANAP-ın illik ötürmə gücü hazırda 16,2 milyard kubmetr təşkil edir. Azərbaycanın zəngin qaz ehtiyatları, eləcə də Avropada “mavi yanacağa” tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötürmə qabiliyyətinin 30,7 milyard kubmetrədək artırılması gözlənilir. Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya  nəql etmək məqsədilə inşa edilib. Adıçəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə başlanılıb. Qeyd edək ki, uzunluğu 880,8 kilometr olan kəmərin 551,5 kilometri Yunanıstan, 215,9 kilometri Albaniya, 105 kilometri Adriatik dənizi, 8,4 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərlə il ərzində 10 milyard kubmetr qaz nəql olunur. Lakin yaxın illərdə Avropaya qaz tədarükünün artması ilə əlaqədar olaraq bu həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.  TAP kəməri 2020-ci il noyabrın 15-də istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. Həmin il dekabrın 31-də isə Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. Bununla da, ölkəmiz Avropanın bazarının mühüm qaz tədarükçülərindən birinə çevrilib.

Zərdab Gənclər evi SXM-in əməkdaşıə -Mecidli Cəlal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki