image-qanunla-reklam
image-img-20251101-wa0042

İki qadın idmançımız qol güləşi üzrə Dünya Çempionatında 3-cü yerin sahibi olublar

image-lady-day-az

Azərbaycanda keçirilən qol güləşi üzrə Dünya Çempionatında idmançılarımızın uğurları davam etməkdədir.

Qanunla.az-ın verdiyi məlumata görə, idmançımız Tinatiyeva Naida uğurla çıxış edərək *63 kq çəki dərəcəsində, sağ qolda* 3-cü yerə layiq görülüb.

Güclü rəqiblər arasında fərqlənərək bürünc medala sahib çıxan Naida yarış ərzində yüksək dözümlülük, texniki hazırlıq və əzmkarlıq nümayiş etdirib.

Həsənova Pərvin də əzmkarlıq nümayiş etdirərək Dünya Çempionatında adını medalçılar sırasına yazdırıb.

O, bu mötəbər yarışda sol qolda, 57 kq çəki dərəcəsində çıxış edərək güclü rəqiblər arasında fərqlənib və bürünc medal qazanaraq 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, Naida təkcə qol güləşi ilə deyil, həm də *qaydasız döyüş*, *kikboksinq* və *strongman* kimi müxtəlif idman növləri ilə də məşğul olub. Bu çoxşaxəli hazırlıq onun fiziki gücünü və yarış təcrübəsini daha da gücləndirib.

Hər iki idmançı qazandığı bu uğuru məşqçisi Aydın Hümətovun uzun illər ərzində göstərdiyi dəstəyə və zəhmətə borclu olduğunu bildirib.

* Naida qeyd edib ki, Aydın müəllimin peşəkar yanaşması, dəstəyi və səbrli zəhməti onun bu səviyyəyə çatmasında əsas rol oynayıb.

Bu uğur həm də Azərbaycan idmanının inkişafında qadın idmançılarının rolunu bir daha nümayiş etdirir və gənclərə gözəl nümunədir.

Orxan Rasifoğlu

image-img-20251101-wa0038 image-img-20251101-wa0034 image-img-20251101-wa0030 image-img-20251101-wa0035 image-img-20251101-wa0036 image-img-20251101-wa0040 image-img-20251101-wa0042


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki