image-qanunla-reklam
image-y7xjgxmks0e5va1pcvenlq1urzf2ya6zqhiegrmx_1200

III MDB Oyunları

image-lady-day-az

III MDB Oyunları

Bu ilin Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident cənab İlham Əliyev çıxışında Müstəqil Dövlətlər Birliyi məkanında dostluğu və əməkdaşlığı möhkəmləndirən mühüm hadisələrdən biri kimi III MDB Oyunlarını xüsusi qeyd etdi. Sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində və Azərbaycanın digər altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilən bu möhtəşəm idman tədbiri həm ölkəmizin təşkilati bacarığını, həm də MDB dövlətləri arasındakı birliyi nümayiş etdirdi. 13 ölkədən, o cümlədən Müstəqil Dövlətlər Birliyinə üzv və qonaq dövlətlərdən 1600-dən çox idmançının iştirakı bu oyunları həm miqyas, həm də məzmun baxımından beynəlxalq səviyyəli tədbirə çevirdi. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu qəbildən tədbirlər Müstəqil Dövlətlər Birliyi məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Gəncə kimi qədim və zəngin mədəni irsə malik şəhərin belə tədbirə ev sahibliyi etməsi həm Azərbaycanın idman diplomatiyasının, həm də mədəni potensialının nümayişidir. III Müstəqil Dövlətlər Birliyi Oyunları təkcə idman yarışları deyil, xalqları bir araya gətirən, sülh, dostluq və həmrəyliyin bayramına çevrilən hadisə oldu. Azərbaycan Müstəqil Dövlətlər Birliyi daxilində etibarlı tərəfdaş, sabitlik dayağı və əməkdaşlıq mədəniyyətinin təşviqçisidir. Bu mövqenin formalaşmasında ölkəmizin balanslaşdırılmış siyasəti, qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə sadiqliyi mühüm rol oynayır. Müstəqil Dövlətlər Birliyi məkanında Azərbaycanın fəal rolu həm də Prezident cənab İlham Əliyevin şəxsiyyətindən və liderlik vizyonundan qaynaqlanır. Onun təşəbbüsləri sayəsində ölkəmiz təkcə regional deyil, həm də beynəlxalq müstəvidə əməkdaşlıq, sabitlik və inkişafın etibarlı dayağına çevrilib. Prezident cənab İlham Əliyevin Düşənbə çıxışı Azərbaycanın MDB məkanında artan nüfuzunun, beynəlxalq arenada sabitlik və əməkdaşlıq siyasətinin uğurla davam etdiyini bir daha sübut etdi.

 

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki