image-qanunla-reklam
image-1-gencler-siyasetinin-tentenesi

II Qarabağ müharibəsi zamanı Dünya azərbaycanlılarının həmrəyliyinin təcəssümü

image-lady-day-az

II Qarabağ müharibəsi zamanı Dünya azərbaycanlılarının həmrəyliyinin təcəssümü

II  Qarabağ müharibəsi Azərbaycan xalqının tarixində milli həmrəyliyin və birliyin parlaq nümunəsi kimi yadda qalmışdır. Bu müharibə sübut etdi ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Vətən naminə bir yumruq kimi birləşməyi bacarır.Müharibə dövründə xaricdə yaşayan soydaşlarımız düşmənin və anti-Azərbaycan dairələrin yalan və təxribatlarına qarşı cəsarətlə mübarizə apardılar, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fədakarlıq göstərdilər. Onların bu fəaliyyəti Qələbəmizə mühüm və layiqli töhfə oldu. Vətən müharibəsi zamanı xalqımız siyasi baxışından, sosial statusundan və vəzifəsindən asılı olmayaraq milli həmrəylik nümayiş etdirdi. Azərbaycan xalqı öz liderinin — Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinə və siyasi iradəsinə güvəndi. Dövlət başçısının uzaqgörənliyi, hərbi-siyasi əzmi xalqı qələbəyə inandırdı və bu inam bizi tarixi Zəfərə apardı.

Bu gün biz haqlı olaraq deyə bilərik ki, Qələbəmizin əsas sütunlarından biri xalq–lider birliyi, milli həmrəylik və Vətənə olan sonsuz sevgidir. Bu birlik və həmrəylik gələcək nəsillər üçün əsl örnəkdir. Həmrəylik hər bir xalqın milli varlığını, mənəvi gücünü və gələcəyini müəyyən edən ən ali dəyərlərdən biridir. Azərbaycan xalqının tarixində həmrəylik yalnız bir anlayış deyil, taleyüklü məqamlarda xalqı bir amal ətrafında birləşdirən müqəddəs bir güc olmuşdur. Xüsusilə II Qarabağ müharibəsi dövründə bu həmrəylik özünün ən parlaq və qürurverici təcəssümünü tapdı.

Müharibə günlərində siyasi baxışından, sosial statusundan, yaşından və harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Vətən naminə bir yumruq kimi birləşdi. Cəbhədə döyüşən əsgərimizlə arxa cəbhədə çalışan xalq arasında sarsılmaz bir birlik yarandı. Bu birlik xalqımızın mənəvi gücünü, Vətən sevgisini və milli şüurunu bütün dünyaya nümayiş etdirdi.Xaricdə yaşayan soydaşlarımız da bu həmrəyliyin ayrılmaz hissəsi oldular. Onlar yaşadıqları ölkələrdə düşmənin və anti-Azərbaycan dairələrin təxribatlarına qarşı etiraz aksiyaları keçirdilər, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün yorulmadan çalışdılar. Diaspor təşkilatlarımızın bu fədakar fəaliyyəti informasiya müharibəsində ölkəmizin mövqelərini gücləndirdi və Qələbəmizə mühüm töhfə verdi.

Bu möhtəşəm həmrəyliyin formalaşmasında xalq–lider birliyi xüsusi rol oynadı. Azərbaycan xalqı öz liderinə – Prezident, Ali Baş Komandan İlham Əliyevə güvəndi. Dövlət başçısının qətiyyəti, siyasi iradəsi və hərbi-siyasi uzaqgörənliyi xalqı qələbəyə inandırdı. Məhz bu inam və birlik nəticəsində ordumuz tarixi Zəfər qazandı, torpaqlarımız işğaldan azad olundu. Həmrəylik təkcə müharibə dövründə deyil, sülh zamanında da xalqın ən böyük güc mənbəyidir. Bu gün Qarabağda aparılan bərpa və quruculuq işləri də milli həmrəyliyin bariz nümunəsidir. Xalq və dövlət birgə çalışaraq azad olunmuş torpaqlarda yeni həyat qurur, gələcək nəsillər üçün möhkəm təməl yaradır.

Sonda bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan xalqının gücü onun birliyindədir. Bu birlik bizi dünən Qələbəyə apardı, bu gün inkişafımıza, sabah isə daha böyük uğurlara aparacaq.

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki