image-qanunla-reklam
image-5a15a626-d420-333b-8a73-bc00b4d717c1

İdman ölkəsi

image-lady-day-az

Hal – hazırda Azərbaycanın idman ölkəsi olması danılmaz bir faktdır. Bununa səbəb Respublikamızın Prezidenti ,  Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısı durur. Şübhəsiz ki, Azərbaycanın idman ölkəsi kimi tanınması ,həmçinin idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olunduğu kimi bu gün də bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.  Yenicə qədəm qoyduğumuz 2023-cü ilin ilk günlərində –  yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılarla 2022-ci ilin idman yekunlarına həsr olunan görüşü ölkəmizdə idmana olan diqqət və qayğını bir daha göstərdi.

Əlbəttə, beynəlxalq səviyyəli mötəbər idman yarışlarının keçirilməsi üçün məkan kimi Azərbaycanın seçilməsi heç də təsadüfi deyil.Son illərdə respublikamızda idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının keçirilməsi adi hala çevrilib. Eyni zamanda 2015-ci ilin yayında Azərbaycan tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi edib. 2016-cı ildən başlayaraq respublikamızda hər il “Formula-1” qran-prisi keçirilir. 2017-ci ilin birinci yarısında isə ölkəmizdə böyük uğurla IV İslam Həmrəyliyi Oyunları keçirilib. Oyunlara rekord sayda – 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

İdmana dövlət dəstəyi

Azərbaycanın idman sahəsində öncül dövlətlər sırasında olması təbii ki, birdən – birə olmamışdır. Daim xalqımızın fiziki-mənəvi sağlamlığına çalışan İlham Əliyev 2003-cü ilin oktyabrında Prezident seçildikdən sonra da idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, respublikanın idmanda da yüksəlməsinə, tanınmasına çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə resurslarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanmışdır.

Dövlət   tərəfindən idmançılara  yaradılan şərait onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyevin  səyləri  nəticəsində   Azərbaycan  idmanı inkişaf  etdirməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün sağlam mühütin yaranmasına şərait  yaradır. Respublikamızda  idman bölmələrinə  axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin  əksər regionlarında müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək  idmançılarımızın istifadəsinə verilir. Azərbaycanda gənc  nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli  təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlərgörüləcəkdir.

Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların ­idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

Bölgələrdə təbliğat daha geniş vüsət almalıdır

Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır.

Dövlət başçısı bütün regionlarda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə əlbəttə, gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Təbii ki, təsadüfi deyildir ki, regionlarda yeniyetmə və kiçikyaşlı uşaqların idmana marağı ildən-ilə artır. Hazırda paytaxtda və bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər idmanın müxtəlif növləri üzrə məşğul olurlar.

Gənc idmançıların hazırlanması əlbəttə ki, mütəşəkkil qaydada təmin edilməlidir. Son zamanlarda bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri də burada mühüm yer tutur. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq.

Hal –  hazırda da bölgələrdə də bir çox idman növləri üzrə yarışlar keçirilir. Prezidentimizin siyasəti nəticəsində bu yarışlar həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti oldunğunu da hər birimiz bilirik. Çünki idman həm fiziki güc olmaqla yanaşı, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur.

Yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasim keçirilib və həmin mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev qeyd edib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Prezident bildirib ki, Azərbaycanın digər sahələri kimi idman sahəsi də dinamik şəkildə inkişaf edir. Ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
Keçən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 800-dən çox medal qazanmış, onlardan 300-ə yaxını qızıl medaldır.İlk öncə, bu il Türkiyənin Konya şəhərində keçrilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görülmüşdür. Xatırladaq ki, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur.Bu, onu göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki,gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri.Dövlət başçısı vurğulayıb ki, gələcəkdə gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün dövlət tərəfindən daha böyük imkanlar yaradacaq. Eyni zamanda, dövlətimizin başçısı Gənclər və idman nazirliyinin qarşısında qoyulan vəzifələrdən birinin də məhz bölgələrdə idman canlandırmaq, gənclərin, yeniyetmələrin, uşaqların gənc yaşlarından idmana cəlb edilməsi olduğunu və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyət daşıdığını bildirib.  Azərbaycan prezidenti Azərbaycanda idmana qayğı və sağlam həyat tərzinin təbliğ edilməsini dövlət siyasətinin prioritet istiqaməti olduğunu qeyd edərək idmana dövlət dəstəyinin əhəmiyyətinə toxunub. O deyib:”Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq”. O, Azərbaycanda bu gün idmanla məşğul olmaq üçün bütün imkanların olduğunu, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradıldığını, bu prosesin davam etdirildiyini, eyni zamanda, Bakı şəhərində ən mötəbər idman yarışlarının keçirildiyini, bundan sonra da ölkəmizdə həm dünya, həm Avropa çempionatlarının keçiriləcəyini bildirib. Dövlət başçısı bir vəzifə olaraq 2023-cü ilin bir çox parametrlər üzrə həlledici il olacağını qeyd edərək bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri qarşısında Azərbaycanın Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləməsini bir vəzifə kimi qoyub.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi – Alagöz Namazova

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir

Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Ölkəmizin  idman uğurları çox parlaqdır. İdman nəticələrimiz ildən-ilə artır.  Avropa ilə Asiya arasında körpü olan, sivilizasiyaların birləşdiyi məkanda yerləşən, mötəbər tədbirlərə ev sahibliyi edən Azərbaycanın idmanda qazandığı uğurlar ölkəmizin iqtisadi qüdrətinin, dünya birliyində möhkəmlənən mövqeyinin göstəricisidir. Dünyanın idman arenalarında keçirilən mötəbər yarışlarda üçrəngli bayrağımızı dəfələrlə yüksək pilləyə qaldıran, Azərbaycanın Dövlət himnini səsləndirən idmançılarımızın peşəkarlığı beynəlxalq səviyyədə etiraf olunur.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir daha bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.

İdmanın kütləviliyinin daim diqqət mərkəzində saxlanılması da əsas tələblər sırasındadır.  Hər bir gənc idmanla məşğul olmalıdır. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər. Dünya birliyində ölkəmizi tanıdan, Azərbaycan bayrağı altında çıxış edən idmançılarımız ölkəmizin təbliğatçılarıdırlar. Çətin mübarizə şəraitində keçən yarışlara məsuliyyətlə, vətənpərvərlik ruhu ilə hazırlaşan gənclərimizin məqsədi və hədəfi aydındır: Azərbaycana qələbə qazandırmaq, qalibiyyət rəmzi olan üçrəngli bayrağımızı yüksəklərə qaldırmaq.

Artıq iki ildir ki, idmançılarımız tarixi Zəfərimizin yaratdığı xoş ovqatda idman tədbirlərinə qatılırlar. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir. “Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi. Artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq.

Azərbaycan hər sahədə davamlı uğurları ilə dünyanın diqqətindədir.  Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.

Zərdab rayon Həsən bəy Zərdabi   muzeyinin əməkdaşı Gülbəniz Əhmədova

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin cənab Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə “Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir, mən bunu çox yüksək qiymətləndirirəm. Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin” söyləyərək vurğuladı ki, bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki  idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparır və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur. Əlbəttə ki, idmana dövlət dəstəyi – bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq. Ölkəmizdə kompleks tədbirlərin həyata keçirilməsi hərtərəfli inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır.Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Dövlət başçısı İlham Əliyev sözügedən mərasimdə bu statistik rəqəmi də açıqladı ki, ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. Dünyada idman sahəsində rəqabət artır,  yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi.   Türkiyənin Konya şəhərində isə 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.” Cənab İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə də tarixi Zəfərimizdən böyük qürurla bəhs edərək belə bir çağırışı səsləndirdi ki, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq.

 Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

Ölkəmiz ötən il idman sahəsində böyük nailiyyətlər əldə edib. Belə ki, idmançılarımız 2022-ci ildə keçirilmiş beynəlxalq yarışlarda ümumilikdə 800-dən çox medal qazanmışlar ki, onlardan 300-ə yaxını məhz qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğı nəticəsində Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Baxmayaraq ki, nəsillər dəyişir, ancaq ölkəmizin uğurları sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar ölkəmizin idman şöhrətini bundan sonra da yüksəklərdə saxlayacaqlar. İdmançılarımızın 2022-ci ildə qazandıqları qələbələr, eyni zamanda ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.

Yanavarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Ölkə başçısı vurğuladı ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş və Azərbaycanın dinamik inkişafı təmin olunmuşdur. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı.

Ötən ilin idman yekunlarına həsr olunan mərasimdə öz çıxışı ilə Prezident İlham Əliyev ölkəmizdə idmanın gələcək inkişafı üçün mühüm vəzifələri də müəyyənələşdirdi.  Gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu bildirən ölkə başçısı son vaxtlar bu sahədə daha məqsədyönlü işlərin aparıldığını, bölgələrdə keçirilmiş çoxsaylı tədbirlərin gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacağını vurğuladı. Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilməsi idman uğurlarımızı şərtləndirməklə bərabər gənclərin, yeniyetmə və uşaqların erkən yaşlarından idmana cəlb edilməsini təmin edəcək ki, bu da yetişən yeni nəslin tərbiyəsi üçün çox böyük əhəmiyyətə malikdir. İdman həm fiziki güc, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olması deməkdir. Ölkə başçısı öz çıxışında bildirid ki, görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmlidir. Bir halda ki, idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsini təşkil edir. Ölkəmizdə isə idman prioritet sahədir. Ölkəmizdə idmana dövlət dəstəyi, xüsusilə də Prezident cənab İlham Əliyevin diqqət və qayğısı yüksək səviyyədədir. İdmana və idmançılara  olan yüksək diqqət-qayğı, böyük hörmət nəticələrin də olmasını labüd edir. Bu gün ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılb və bu proses davam etdirilir. Son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübə bütün bölgələrə də şamil olunacaqdır.

ZƏRDAB RAYON HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN ƏMƏKDAŞI HACIZADƏ AİŞƏ.

Gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir

Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib. Milli Olimpiya Komitəsinin prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycan idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dövlət başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb.Azərbaycanda çoxsaylı idman növləri üzrə ən müasir standartlara cavab verən infrastruktur qurulub. Ayrı-ayrı regionlarımızda olimpiya-idman kompleksləri tikilib. İdman federasiyalarının fəaliyyəti, idmançılarımızın problemlərinin həlli dövlətimizin daimi diqqətindədir. Prezident İlham Əliyevin hər dəfə beynəlxalq yarışlarda iştirak etmiş idmançıları qəbul etməsi, onlarla səmimi söhbətlər  aparması, hətta təmsil olunduqları federasiyalara maliyyə yardımının edilməsi haqqında sərəncamlar imzalaması da dövlət başçısının idmana və idmançılara olan diqqət və qayğısını nümayiş etdirir. Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir. Turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir.Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Ölkə başçısı vurğuladı ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş və Azərbaycanın dinamik inkişafı təmin olunmuşdur. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı. Beynəlxalq yarışlar arasında V İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd edən ölkə başçısı 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın tarixi qələbə qazanaraq komanda hesabında birinci olduğunu, bu dəfə isə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü yerə layiq görüldüklərini xatırlatdı.Ölkə başçısı öz çıxışında bildirdi ki, görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmlidir. Bir halda ki, idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsini təşkil edir.  İdman gənc nəslin sağlam mühitdə yetişməsi baxımından da çox önəmlidir. Gənclərin zərərli vərdişlərdən, mənfi çevrələrdən qorunması, onların asudə vaxtlarının səmərəli təşkili bu gün qlobal dünyamızda aktual problemdir. Azərbaycanda idmanın prioritet hesab edilməsində bu amilin böyük rolu var. İdman həmçinin gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynayır. İdmançılarımızın qələbələri, bunun insanlarımızda yaratdığı mənəvi ruh cəmiyyətdə milli birliyi daha da gücləndirir. Vətəndaşlarımızı milli-dövlətçilik idealları ətrafında səfərbər edir.Tarixi qələbəmizlə tamamlanan 44 günlük Vətən müharibəsi gedişində Azərbaycan gənclərinin necə böyük ruhla, əzmlə cəbhəyə can atdıqlarına hər birimiz şahidlik etdik. Gənclər könüllü şəkildə cəbhəyə yazılır, döyüşlərə təcili göndərilmək istəyirdilər. Azərbaycan gənci hərbi əməliyyatlar zamanı dağlıq şəraitində günlərlə piyada yol gedir, yanındakı döyüş yoldaşı yaralananda belə onu çiyinlərində daşıyaraq yenə döyüşlərə davam edirdi. Belə bir fiziki hazırlıq idmana olan maraqdan, onun daimi həyat tərzinə çevrilməsindən irəli gəlir.Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu var. Torpaqlarımızı işğaldan dövlət rəhbərimiz cənab İlham Əliyevin yetişdirdiyi Azərbaycan gəncliyi azad etdi. Ötən ilin idman yekunlarına həsr olunan mərasim bir daha təsdiqlədi ki, hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.

Nicat Əhmədzadə  Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki