image-qanunla-reklam
image-7637a0630c279a2fc2a8b87fc546b92f

Husilər “Ben Qurion” hava limanına hipersəsli ballistik raketlə hücum ediblər

image-lady-day-az

Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı İsrailin Təl-Əviv şəhərində yerləşən Ben Qurion hava limanına hipersəsli ballistik raketlə zərbə endirdiyini açıqlayıb.

Qanunla/az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Saria “Əl-Məsirə” telekanalına bildirib.

“Fələstin-2” adlı iki hipersəsli raketlə həyata keçirilən əməliyyat uğurla icra olunub və nəticədə hava limanının fəaliyyəti qısa müddətə dayandırılıb”, – o qeyd edib.

Bazar günü gecə İsrail Müdafiə Ordusu Yəməndən İsrail ərazisinə doğru atılan raketi aşkarladığını bildirib. Sonra raketin zərərsizləşdirildiyi qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki