image-qanunla-reklam
image-1643361740_honduras-aa-1601734_2

Hondurasda həbsxanada DAVA: Ölənlər var

image-lady-day-az

Hondurasın Atlantik bölgəsində yerləşən Atlntida şəhərindəki El Porvenir həbsxanasında məhbuslar arasında qarşıdurma baş verib.

“Qanunla.az” xəbər verir ki,  həbsxanada baş verən qarşıdurmada 4 məhbus həyatını itirib, 11-i yaralanıb.

Dəstə üzvləri ilə digər məhbuslar arasında yaranan davadan sonra hadisə yerinə çoxlu təcili yardım və polis qrupları göndərilib.

Hondurasdakı El Porvenir həbsxanasının maksimum tutumu 8 min olsa da, 22 min məhbusun olması həbsxanada daimi qarşıdurmalara səbəb olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki