Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti nəzarətə götürüb.
Bu barədə onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.
O qeyd edib ki, E.Əşrəfoğlunun müalicəsi “Yeni Klinika”da davam etdiriləcək.
Xatırladaq ki, koma vəziyyətində olan jurnalist hazırda “Yeni Klinika”da EKMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş etmişdi.



















