Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2023-cü il tədbir Planına əsasən Mərkəzdə tədbirlərin keçirilməsi davam edir.
Qanunla.Az xəbər verir ki, 14 fevral 2023-cü il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliğ edilməsi məqsədilə Mərkəzin əməkdaşı Xanım İmanovanın təşkilatçılığı ilə Zərdab rayon Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin X sinif şagirdləri arasında Ulu öndərə həsr olunmuş “Hər bir gənc Ümummilli Lider Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir” mövzusunda diskussiya keçirilib.
İlk öncə Xanım İmanova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisidir.
Diskussiya zamanı məktəblilərin Ulu öndərimizin siyasətinə sadiq olduqlarını, bu siyasətin uğuruna ürəkdən inandıqlarını aydın hiss etmək olurdu.
Diskussiyanın keçirilməsində əsas məqsəd ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ulu öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.





