image-qanunla-reklam
image-1633274177_qnfncc4

Hər bir Azərbaycanlının Prezidenti

image-lady-day-az

Hər bir Azərbaycanlının Prezidenti.

Hər bir cəmiyyətdə hakimiyyətə münasibətin ən vacib meyarı vətəndaşın məmnunluq səviyyəsidir. Bu meyar müasir dövrdə təkcə politoloji-siyasi deyil, həm də mənəvi-psixoloji kateqoriya kimi çıxış edərək dövlət-vətəndaş münasibətlərinin real mənzərəsini, xarakterini müəyyən edir. Təcrübə göstərir ki, vətəndaş məmnunluğunun ümdə şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Başqa sözlə, məhz ictimai maraqların ifadəçisi olan lider fəaliyyətində xalqa təmənnasız xidməti və vətəndaş məmnuniyyətini ali məqsədə çevirir.
Müasir dünyanın yeni çağırışları lider missiyasını üzərinə götürmüş şəxslərin xalq və dövlət qarşısındakı məsuliyyətini qabarıq önə çıxararaq idarəçilikdə yeni meyarlar diktə edir. Dövlətə rəhbərlik edən şəxsin siyasi peşəkarlığı, uzaqgörənliyi, xalqına, vətəninə bağlılığı, qlobal müstəvidəki inkişaf proseslərini ölkənin milli tərəqqisinə istiqamətləndirməsi onun siyasi peşəkarlığından, uzaqgörənliyindən, millətinə, vətəninə bağlılığından asılıdır. Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə görərik.
Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar milli dövlətçilik ənənələrinə sadiqlik amilinə söykənir. Cənab İlham Əliyev siyasətini bu ənənə çərçivəsində quraraq dövlətçilik konsepsiyasını Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ideoloji kurs üzərində formalaşdırıb. Hazırkı reallıqda cənab İlham Əliyevin ictimai rəydəki alternativsiz lider statusunun möhkəmlənməsinə təsir göstərən mühüm məqamlardan biri də dövlətimizin başçısının kifayət qədər mükəmməl siyasi təlimə – Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir.
Vətən müharibəsinin qürurverici nəticələri fonunda dövlət başçısının Azərbaycan və dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı fenomen liderə çevrilməsi obyektiv proseslərin məntiqindən irəli gələn danılmaz gerçəklikdir. Cənab İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, daxili və xarici siyasət sahəsində atdığı addımlar məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Dövlət başçısının istər ölkədə, istərsə də respublikamızın hüdudlarından kənarda baş verən hadisə və proseslərə münasibəti birmənalı və dəqiqdir. Auditoriyanın xarakterindən asılı olmayaraq Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Dövlət rəhbərinin hər bir nitqi onun cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə yüksək bilik səviyyəsinə malik olduğunu göstərir. Bütün məsələlərə ölçülüb-biçilmiş yanaşma tərzi Azərbaycan Prezidentinin çıxışlarının nəzəri və təcrübi hazırlıq üzərində kökləndiyini göstərir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki