image-qanunla-reklam
image-1648105944-623c16a0695d3623c16a0695d41648105120623c16a0695ce623c16a0695d1

Həmkəndlilərinin evlərindən oğurluq edən şəxs saxlanıldı

image-lady-day-az

Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qanunla.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1 290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə. Hüseynov saxlanılıb. Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1 000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki