image-qanunla-reklam
image-1674034349_630_360_1674032319-608

Helikopter qəzasına görə Dövlət Komissiyası yaradılacaq

image-lady-day-az

Xəbər verdiyimiz kimi, Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasında ölkənin daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin, Daxili İşlər Nazirliyinin dövlət katibi və digər rəsmilər həlak olub. 

“Qanunla.az”  “Ukrinform”a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri Hnat Brovarıda baş verən təyyarə qəzasının araşdırılmasına başlanacağını bildirib.

Onun sözlərinə görə, böyük ehtimalla, tərkibində müxtəlif aviasiya mütəxəssislərinin daxil olduğu Dövlət Komissiyası yaradılacaq:

“Onlar hadisənin baş vermə səbəblərini və helikopterin düşməsinə hansı amillərin təsir etdiyini araşdıracaqlar. Nəticələr 1-2 günə açıqlanmayacaq. Çünki təyyarə qəzasının araşdırılması müəyyən vaxt aparır”, – o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki