image-qanunla-reklam
image-emirxan-muttaki-yeni

Hədəfimiz budur – Taliban

image-lady-day-az

ABŞ tərəfindən hər gün bəzi sahələrdə icazələr verilir və münasibətlər yaxşılığa doğru gedir. ABŞ-ın artıq Əfqanıstana təzyiq etməməsi və münasibətlərin yaxşılaşması üçün diplomatiya və ortaq anlayışın olacağına ümid edirik.

Qanunla.Az xəbər verir ki, bu barədə Əfqanıstandakı Taliban hökumətinin xarici işlər naziri Əmirxan Muttaki açıqlama verib.

“Əfqanıstan xarici güclərdən azaddır və müstəqil siyasət aparır. Əfqanıstanın siyasəti iqtisadi yönümlüdür və ona görə də bütün dünya ölkələri ilə yaxşı münasibətlər qurmaq mümkündür”, – Muttaki bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki