Haiti Prezidenti Jovenel Moise gecə saatlarında naməlum şəxslər tərəfindən öz evində güllələnib.
Qanunla.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ölkənin Baş naziri Klod Cozef prezidentə sui-qəsd cəhdinin iyulun 7-nə keçən gecə edildiyini bildirib:
“Hücum edənlər ispan dilində danışıblar. Hücum zamanı Moisenin arvadı da xəsarət alıb”.
***
Naməlum şəxslərin hücumu nəticəsində qətlə yetirilmiş Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moiz aldığı xəsarətlərdən xəstəxanada ölüb.


























