image-qanunla-reklam
image-267875777_450708346733304_6699179996622682506_n

Gürcüstanda inflyasiya rekord həddə çatdı

image-lady-day-az

 

Gürcüstanda illik inflyasiya 3 faiz hədəflə 13,9 faiz təşkil edib.

Bu barədə Sakstat Milli Statistika Xidmətindən (Geostat) bildirilib.

Məlumata görə, il ərzində kommunal xidmətlərin dəyəri 43,5 faiz, nəqliyyat xidmətlərinin dəyəri 17,3 faiz, mehmanxana və restoran xidmətlərinin dəyəri 14 faiz, səhiyyə xidmətlərinin dəyəri 7,9 faiz artıb.

Dekabrda ərzaq məhsullarının qiymətləri illik müqayisədə 15,6 faiz artıb.

Ən çox bitki yağı (24,5 faiz), tərəvəzlər (20,7 faiz), çörək və çörək məhsulları (20,2 faiz), şəkər (19,8 faiz), süd və yumurta (15,3 faiz) və balıq (2,3 faiz) bahalaşıb.

2021-ci ilin noyabr ayı ilə müqayisədə dekabr ayında inflyasiya 0,3 faiz təşkil edib. Noyabrda isə aylıq inflyasiya 0,6 faiz olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki