image-qanunla-reklam
image-1765781217-4cb7c546bd90a0bd6bf851a6ffb7666e_1763019728

Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı

image-lady-day-az

Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Vüqar Novruzov əmr imzalayıb.

Əmrə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli işdən çıxarılıblar.

Xatırladaq ki, Vüqar Novruzov noyabrın 12-də Göygöl rayonunun icra başçısı vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Naftalanın icra başçısı idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki