image-qanunla-reklam
image-img_20250109_122102

Goranboy rayon Məhkəməsinə sədr təyin edilən hakim kimdir? – DOSYE

image-lady-day-az

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Samir oğlu Əliyev Goranboy rayon Məhkəməsinə hakim eyni zamanda sədr təyin edilib.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Yeni vəzifəyə təyin edilən Hafiz Əliyevin həyat yoluna nəzər salaq.

Belə ki, Hafiz Əliyev 1987-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olub.

O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 2009-cu ildə isə universiteti fərqlənmə ilə bitirib.

2009-2018-cü illərdə Bakı Dövlət Universitetinin cinayət hüququ üzrə magistratura təhsili alıb.

Hafiz Əliyev 2011-2016 Nəsimi rayon prokurorluğunda müstəntiq, 2016-2020 Bakı şəhər prokurorluğu İstintaq İdarəsi böyük müstəntiq vəzifəsində çalışıb.

2020-2021 Baş Prokurorluq İstintaq İdarəsi xüsusilə mühüm işlər üzrə müstəntiqi olub.

3 fevral 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Hakim təyin edilib.

Onun icraatında bir sıra maraqlı cinayət işləri olub. Onlardan biri də Sumqayıtda 3 nəfəri qətlə yetirən Müşfiq Tağıyevin Cinayət işi, keçmiş deputat Eldəniz Səlimov və s, eyni zamanda erməni diversantlarının cinayət işi üzrə məhkəmə prosesində tərkib heyətdə yer alıb.

Ailəlidir 3 oğlu var.

Orxan Rasifoğlu

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki