image-qanunla-reklam
image-img_0024

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəliyinin 2 illik hesabat konfransı keçirilib

image-lady-day-az

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəliyinin 2 illik hesabat konfransı keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəliyinin 2 illik hesabat konfransı keçirilib.  Konfransda dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Mərkəzi aparatın koordinatorları, digər GİKM nümayəndəliklərinin direktorları və əməkdaşları, könüllülər və rayonun fəal gəncləri iştirak ediblər.

Hesabat konfransında 2 il ərzində həyata keçirdiyimiz layihə və tədbirlər haqqında geniş məlumat verilib.

Konfransda çıxış edən rəsmi qonaqlar Mərkəz gənclərinin inkişafı üçün gördüyü işlərdən, uğurlu əməkdaşlıqlardan danışıblar.

Həmçinin konfransın gedişində gənclər tərəfindən hazırlanan musiqi nömrələri və Axıska türklərindən ibarət rəqs qrupu tərəfindən hazırlanan müxtəlif rəqs nümunələri nümayiş etdirilib.

Tədbirin sonunda əməkdaşlıq edilən rayon idarə və qurumları, həmçinin gənclər müxtəlif nominasiyalar üzrə təltif ediliblər.

image-img_0024image-img_0040image-img_0067image-img_0136image-img_0167image-img_0233image-img_0292


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki