image-qanunla-reklam
image-2ad4ada9-29d5-4715-afea-90aabe36595c

Gəncədə Emin Abdullayevin məhkəməsi başladı

image-lady-day-az

Cinayət Məcəlləsinin 234.4.3-cü, 263.1-ci və 264-cü maddələri ilə təqsirləndirilən Emin Abdullayevin cinayət işi üzrə məhkəməsi başlayıb.

“Qanunla.az”ın verdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə yeni tərkib elan edilib.

Daha sonra hakim ittiham aktını elan etmək üçün dövlət ittihamçısı Zaur Qasımova söz verib.

Prokuror ittiham aktını elan edib.

Daha sonra söz təqsirləndirilən şəxsə verilib və o, ittiham üzrə özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs bildirib ki, o, narkotik istifadəçisi deyil və bu ittihamla da razı deyil:

“İttiham aktına elavə edilmiş ekspertiza rəyində də bildirilir ki, mənim qanımda narkotik maddə aşkarlanmayıb.

Daha sonra vaxt azlığından hakim Mikayıl Məmmədzadə prosesi təxirə salıb.

Məhkəmənin növbəti iclası yanvarın 27-nə təyin edilib.

Qeyd edək ki, Emin Abdullayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü, 263.1-ci və 264-cü maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu, Gəncə

image-26b35254-90a4-4cf6-a579-6a52260344eb image-d6c877e4-270e-426d-9e7b-ff17f3503b34 image-2ad4ada9-29d5-4715-afea-90aabe36595c


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki