image-qanunla-reklam
image-1645009330_d108512201eac25398e75c7cc0819143

G7 ölkələrinin xarici işlər nazirləri Ukrayna ilə bağlı təcili görüş keçirəcəklər

image-lady-day-az

Yeddilər qrupunun (G7) xarici işlər nazirləri bu həftə Almaniyada təcili görüş keçirməyi planlaşdırır.

Qanunla.Az  Kyodo agentliyinə istinadla xəbər verir ki, G7 ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin görüşünün Münxen Təhlükəsizlik Konfransının meydanlarında baş tutacağı gözlənilir. Görüşdə Ukrayna ətrafında yaranmış vəziyyət müzakirə olunmalıdır.

Qeyd edək ki, fevralın 18-20-də keçiriləcək Münxen Təhlükəsizlik Konfransına təxminən 35 dövlət və hökumət başçısı qatılacaq. Tədbirdə Birləşmiş Ştatları vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinken, Almaniyanı isə kansler Olaf Şolts təmsil edəcək. Konfransda Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki