image-qanunla-reklam
image-fuzuli_city_160823

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur

image-lady-day-az

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur.

Azərbaycanın qədim diyarlarından biri olan Füzuli rayonu zəngin tarixi, mədəni və dini irsi ilə seçilir. Qarabağ bölgəsinin mühüm hissəsini təşkil edən bu ərazi əsrlər boyu Azərbaycanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında əhəmiyyətli rol oynayıb. Füzuli torpağında qədim yaşayış məskənləri, memarlıq abidələri, türbələr, məscidlər və karvansaralar mövcuddur. Rayonda yerləşən Məscidi-Cümə, Mirəli türbəsi, Əhmədalılar və Babı türbələri, Kərbəlayı Rzayev evi, həmçinin Araz çayı boyunca yerləşən qədim yaşayış yerləri bu diyarın tarixi-dini abidələrlə zəngin olduğunu təsdiqləyir. 1993-cü il avqustun 23-də Ermənistan tərəfindən Füzuli rayonu işğal olundu. İşğal nəticəsində rayonun 51 kəndi, Füzuli şəhəri və bir çox qəsəbələri tamamilə viran edildi. Minlərlə dinc sakin doğma yurdlarından didərgin salındı, tarixi abidələr, məscidlər, qəbiristanlıqlar və mədəniyyət ocaqları məhv edildi. Ermənistanın hərbi təcavüzü nəticəsində Füzuli şəhəri illərlə “xarabalığa çevrilmiş şəhər” kimi qaldı. İşğal dövründə rayonun ərazisi minalarla və partlamamış sursatlarla çirkləndirildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək iradəsini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək işğal altındakı torpaqları azad etdi. Füzuli uğrunda döyüşlər müharibənin ən mühüm və çətin mərhələlərindən biri idi. Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də Füzuli şəhərini işğaldan azad etdi. Bu tarixi Qələbə həm strateji, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Füzulinin azad edilməsi Zəngilan, Qubadlı və Şuşa istiqamətində növbəti əməliyyatların uğurla aparılmasına şərait yaratdı. Azad olduqdan sonra aparılan təmizləmə əməliyyatları göstərdi ki, Füzuli azad olunmuş rayonlar arasında minaların sayına görə ən çox çirklənmiş ərazidir. Bu fakt işğalın miqyasını və erməni vandalizminin dərəcəsini bir daha nümayiş etdirir. Prezident cənab İlham Əliyevin tapşırığı ilə ərazidə minatəmizləmə işləri geniş şəkildə aparılır, insanların təhlükəsiz qayıdışı üçün zəruri şərait yaradılır. Nəticə etibarilə, bu gün Füzuli şəhəri dağıntılardan doğan həyatın, yenidən qurulan torpağın və xalqın sarsılmaz iradəsinin simvoludur. Füzuli Şəhəri Günü təkcə bir rayonun azadlığını deyil, Azərbaycanın ərazi bütövlüyünün, ədalətin və milli birliyin təntənəsini ifadə edir.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki