Forum Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzunu və balanslı xarici siyasətini nümayiş etdirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bir çox aktual məsələlərlə bağlı Azərbaycanın yanaşmasını ortaya qoyub. Prezident Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur: “Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var”. “Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir” sualını cavablandıran dövlət başçısı qeyd edib ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir: “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.
İldən-ilə əhatə dairəsini genişləndirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Bakıda təşkil olunan, dünya üçün çox aktual məsələlərin müzakirə edildiyi tədbirlərə maraq da artmaqdadır. Bu tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, aparıcı beyin mərkəzləri və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı qarşıya qoyulan hədəflərə çatmaq yollarının tapılmasında mühüm əhəmiyyət daşıyır. Bu gün kataklizmlərlə çalxalanan beynəlxalq aləmdə bu problemlərdən çıxış yollarının tapılması ən ümdə vəzifə kimi ön planda tutulur. Təbii ki, Bakının bu məsələdə öncül yerlərdən birinə sahib olması onun COP29, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlara sədrliyi ilə mütənasiblik təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin Forumda bir çox aktual mövzulara həsr olunan çıxışı isə həm ölkəmiz, həm də bölgəmizlə bağlı bir çox reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında müstəsna əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev Forumda çıxışı zamanı bir çox məqamlara toxunub. Dövlət başçısı COP29 və Azərbaycanın enerji siyasətinə dünyada olan münasibəti açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda COP29-u təşkil etmək qərarı ölkəmizin öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir. “Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır”, – Prezident bildirib. Qeyd edib ki, bir ölkə üçün təkcə enerji sərvətlərinin olması kifayət deyil. Gərək dövlət qonşuları, onların qonşuları ilə yaxşı münasibətdə olsun ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə bilsin.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Prezident cənab İlham Əliyev beynəlxalq televiziyalara müsahibəsində ölkədə və regionda, eyni zamanda dünyada baş verən hadisələrə toxunur
Cənab Prezident martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində mühüm tarixi, siyasi məqamlara toxundu. “Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.” fikirləri ilə ölkə başçısı Azərbaycanın mövqeyini açıq-aydın ifadə etdi.
Rusiya-Ukrayna məsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələrə toxunan dövlət başçısı önəmli məqamları diqqətə çatdırıb: “Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir”.
Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”.
Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək.
Artıq 12-ci ildir ki, ardıcıl olaraq keçirilirən XII Qlobal Bakı Forumu barəsində sualalrı cavablandıran Prezident İlham Əliyev tədbirdən gözləntilərini dilə gətirib: “Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal