image-qanunla-reklam
image-1652944862-1256905

“Formula 1″ə görə yolun bu hissəsi BAĞLANIR

image-lady-day-az

19 may saat 23:00-dan Səməd Vurğun – Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Qanunla.az”a verilən məlumata görə, bu, “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədardır.

Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 – 12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki