image-qanunla-reklam
image-media-536401678_1320306802782428_5917303784384639521_n-r7904p52blio6ukvfews

Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!

image-lady-day-az

Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!

Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri əlamətdar olur – yeni infrastruktur obyektlərinin, yolların açılışı, evlərinə dönən insanlarla səmimi görüşlər və s. Bu gün azad olunan digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur. Ermənilərin vaxtilə vandallığa məruz qoyduqları, yandırdıqları, təbiətinə dağ çəkdikləri Kəlbəcərdə artıq yeni həyat başlayır.

Avqustun 21-də Kəlbəcər şəhərinə ilk köç baş tutdu. Aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün təntənəsi, Azərbaycanın siyasi və iqtisadi gücünün əks etdirir.

Cəmi 5 ilə yaxın müddətdə azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Şuşa, Füzuli, Laçın, Xocalı şəhərlərinin, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərinin sakinləri artıq öz doğma evlərinə qayıdıblar.

“Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.”Bu sözlərlə Prezident cənab İlham Əliyev Kəlbəcər sakinlərinin doğma torpaqlarına qayıdışını yüksək qiymətləndirib və onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən işləri vurğulayıb.

Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub. Şəhərin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq. Layihəyə əsasən, parkın ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası da nəzərdə tutulur. Bu parkın inşası şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin edəcək.

Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər zamanı Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin təməlqoyma mərasimlərində iştirak ediblər. Bundan əlavə, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak ediblər. Prezident İlham Əliyev həmçinin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olub.

Cənab Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri və çıxışı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinin əhəmiyyətini bir daha göstərdi. Bu səfər çərçivəsində həyata keçirilən tədbirlər və verilən mesajlar ölkənin ərazi bütövlüyünün bərpası və vətəndaşların rifahının təmin olunması istiqamətində atılan mühüm addımların nümunəsidir.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki