Göyçay Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Qiyas Beybutov vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Qanunla.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Hələlik onun yerinə təyinat yoxdur.



















