image-qanunla-reklam
image-media-536401678_1320306802782428_5917303784384639521_n-r7904p52blio6ukvfews

Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür

image-lady-day-az

Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür

Ümumiyyətlə, Qələbədən ötən beş ildə Kəlbəcər və Ağdərə rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilmişdir. Müasir yollar, elektrik stansiyaları, sosial obyektlər istifadəyə verilmiş, kəndlərin bərpasına başlanılmışdır. Prezident və birinci xanımın səfərləri zamanı bu layihələrin açılışında iştirak etməsi dövlət rəhbərliyinin azad olunmuş torpaqlara daim xüsusi diqqət göstərdiyini bir daha nümayiş etdirdi.

Belə ki, səfər zamanı dövlətimizin başçısı və birinci xanım ilk olaraq Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar, Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib, sonra Müzəffər Ali Baş Komandan Kəlbəcər şəhər parkının və Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməllərini qoyub, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib, daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər, Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib: “Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq”.

“Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi”, – deyə Prezident vurğulayıb.

Eyni zamanda, Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündəki çıxışında bildirib: “Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”.

Kəlbəcər şəhər sakinləri ilə görüşdən sonra isə dövlətimizin başçısı və birinci xanım Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə, Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, burada Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər, onlarla söhbət ediblər.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın əsas məqsədi qalib dövlət kimi bölgədə sülh və əməkdaşlığı möhkəmləndirməkdir. Beşillik Qələbə yolunun, 2023-cü ilin antiterror əməliyyatının məntiqi nəticəsi kimi imzalanmış sülh sazişi və ardınca həyata keçirilən səfərlər göstərir ki, artıq ölkəmiz yeni bir tarixi mərhələyə qədəm qoyub: Qələbədən sülhə, sülhdən isə dirçəlişə doğru.

Beləliklə, Kəlbəcər və Ağdərə bu gün Qələbənin, təhlükəsizliyin, sülhün və dirçəlişin birgə təcəssümünə çevrilərək Azərbaycanın gələcək inkişaf yolunun canlı simvoluna dönmüşdür.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki