Erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır.
Bu açıqlama ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.
“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələnin “3+3” formatında müzakirəsi üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz həm Ankaraya, həm Bakıya getməyə, həm də bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, – deyə Armen Qriqoryan söyləyib.
A. Qriqoryan əlavə edib ki, Ermənistan tərəfi regional məsələlər əlaqədar işləməyə və müzakirələr təşkil etməyə hazırdır.


























