image-qanunla-reklam
image-1727080035_1

Ermənistanın silahlandırılması bölgədə növbəti toqquşma ehtimalını artıra bilər

image-lady-day-az

Ermənistanın silahlandırılması bölgədə növbəti toqquşma ehtimalını artıra bilər.

Sərhədləri bağlı qalmasının Azərbaycanı xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. İkincisi, İlham Əliyev Qərbin Ermənistanı silahlandırdığını dedi: “Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah-sursat göndərilir. Bir sıra Qərb ölkələri Ermənistanı Azərbaycana qarşı silahlandırır. Onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər”. Üçüncüsü, xarici dairələrin Azərbaycana qarşı yeni planlar hazırladığını söylədi: “Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

Prezident eyni zamanda xəbərdarlıq edib ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq. Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etməsinə baxmayaraq, ölkəmizin hələ də müxtəlif təhlükələrlə üzləşdiyini bildirib. Dövlət başçısı Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını bununla əsaslandırıb. “Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi” deyən dövlət başçısı böyük ehtimalla təhlükə barədə kəşfiyyat məlumatlarına əsaslanıb. Prezidentin “hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır” cümləsi ondan xəbər verir ki, yaxın müddətdə quru sərhədlər açılmayacaq. Deməli, hələ müxtəlif təhlükələrdən qurtulmamışıq. Dövlət başçısı qəti əmindir ki, bir sıra Qərb ölkəsi Ermənistanı Azərbaycana qarşı silahlandırır. Ermənistanı silahlandıran əsas Qərb ölkəsi Fransadır. Bu ölkənin Cənubi Qafqaz siyasətində dəyişən heç nə yoxdur. Ermənistanın silahlandırılması həm də o deməkdir ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən ölkə qısa müddətdə hərbi gücünü artıra bilsin və Azərbaycan qarşısında duruş gətirə bilsin. Ermənistanın silahlandırılması bölgədə növbəti toqquşma ehtimalını artıra bilər. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədə maraqlı olmadığını bildirsə də, o ordusuna tam nəzarət edə bilmir, özü də bir neçə dəfə deyib ki, “Ermənistan ordusunda beşinci kolon” mövcuddur. Bu isə o deməkdir ki, həmin beşinci kolon müxtəlif xarici dairələrin əlində Azərbaycana qarşı alətə çevrilə bilər.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

  

Bütün yenidənqurma və quruculuq işləri Azərbaycanın öz maliyyə imkanları hesabına təmin olunur

Yeddinci çağırış Milli Məclisinin ilk iclasında iştirak edən Prezident İlham Əliyev ölkə qarşısında duran ilk vəzifənin Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək olduğunu xatırladıb. Dövlət başçısı bildirib ki, tarixi Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 2024-cü il də daxil olmaqla 19 milyard manat vəsaitin xərclənməsi təmin olunacaq.

İndiyə qədər həmin vəsaitlər hesabına bu bölgədə zəruri infrastrukturlar yaradılıb. İnfrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, – yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, – 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bütün bu işlərin hər biri Azərbaycanın öz maliyyə imkanları hesabına təmin olunur. Sosial infrastruktur layihələrində qardaş Türkiyə, Özbəkistan və Qazaxıstanın köməyi də mühüm yer tutur. Özbəkistanın birbaşa maliyyə dəstəyi ilə Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilib, Qırğızıstan Respublikası isə Ağdam rayonunda məktəb inşasını davam etdirir. Ancaq çoxmilyonluq nəhəng infrastrukturların hər birinin arxasında Azərbaycanın özünün maliyyə qüdrəti dayanır.

İlham Əliyev Azərbaycana qarşı media kampaniyasından danışarkən, “xarici dairələr Azərbaycana qarşı yeni planlar hazırlayıblar” cümləsini işlədib. Yəni “xarici dairələr” dedikdə bura Qərbdəki dairələrlə yanaşı İrandakı mühafizəkar dairələri də aid etmək olar. Çünki Azərbaycana qarşı qarayaxma və media kampaniyasını İrandakı dairələr də həyata keçirirlər. Həmin dairələr Zəngəzur dəhlizinə qarşı bütün güclərini səfər ediblər. Halbuki Zəngəzur dəhlizi bölgəyə sülh və əməkdaşlıq gətirəcək. Azərbaycana qarşı media kampaniyasının arxasında Bakıda noyabr ayında keçiriləcək COP29 tədbiri də dayanır. Bakıda bu kimi tədbirlərdən əvvəl hər zaman belə kampaniyalar həyata keçirilib”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.

Keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır. İşğaldan azad edilmiş ərazilərdə öz doğma evlərinə geri dönən sakinlərin məskunlaşması tədbirləri ilə yanaşı, onların məşğulluğu ilə bağlı müxtəlif proqramlar və layihələr icra olunur. Ötən müddət ərzində Zəngilan rayonunun Ağalı kəndində inşa edilmiş ilk “Ağıllı” kəndə, Füzuli şəhərinə, Laçın şəhərinə və Zabux, Sus kəndlərinə, Suqovuşana, eləcə də Şuşa və Xocalıya qayıdan insanların məşğulluq imkanları ilə bağlı nəzərdə tutulan plan üzrə tədbirlər həyata keçirilib. Zəngilanın Ağalı kəndinə köç edən ailələr işlə təmin olunur. Ötən dövr ərzində həmin kəndlərdə, ələxsus da Ağalıda geniş məşğulluq infrastrukturları yaradılıb. “Kapital Bank”ın filialı, “Asan” və “Dost” Xidmət mərkəzləri, orta məktəb və uşaq bağçalaırında, tikiş müəssisəsində, çörəkbiçirmə sexlərində, mağaza və marketlərdə yüzlərlə iş yeri yaradılıb. Hökumət bu kəndlərdə həm yaşayış üçün ən müasir şəraiti təmin edib, həm də sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan sosial layihələrin icrasını davam etdirir.

Füzuli və Laçına, Zabuxa, Şuşa və digər ərazilərə qayıdan sakinlərin ənənəvi məşğulyyətinin bərpa olunması, heyvandarlıq məqsədilə kiçik ailə təsərrüfatlarının, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq və s. fərdi və kiçik ailə bizneslərinin yaradılması məqsədilə hökumət tərəfindən müvafiq layihələrin icrasına başlanılıb. Beləliklə, həmin layihə və tədbirlər sayəsində bu bölgəyə köçürülən sakinlərin məşğulluq imkanları da dayanıqlı şəkildə təmin edilir. 2024-cü il avqustun 1-nə azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ iqtisadi rayonunda 2024-cü ilin birinci yarısında iş yerlərinin yaradılması da sürətlənib. Yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb ki, onun 299-u Laçının, 232-si Şuşanın,  103-ü Ağdamın, 42-si Kəlbəcərin, 38-i Cəbrayılın, 37-si Füzulinin, 15-i Xankəndinin, digərləri isə başqa rayonların payına düşür. Cəmi bir neçə ay əvvəl doğma sakinlərinə qovuşmuş Xocalıda da bir neçə iş yeri yaradılıb. Ümumilikdə, bu proses fasiləsiz olaraq davam etdirilir və ilin sonunda bu bölgədə iş yerlərinin sayının 1200-ü ötəcəyi gözlənilir.

Hazırda azad edilmiş bölgələrdə ən çox tətbiqinə geniş yer verilən layihələrdən Özünüməşğulluq proqramlarını qeyd etmək olar. Həmin proqram çərçivəsində təqdim edilən aktivlərin əsas qismi kənd təsərrüfatını, heyvandarlığı əhatə edir.Bu tədbirlər çərçivəsində Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb. Ümumilikdə həmin ərazilərimizdə 2026-cı ilədək ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki