image-qanunla-reklam
image-6a711a11175742440464189234410787845

Ermənistanın işğalı dövründə ərazilərimizə yerləşdirdiyi mina təhlükəsi bütün ciddiyyəti ilə davam edir

image-lady-day-az

Ermənistanın işğalı dövründə ərazilərimizə yerləşdirdiyi mina təhlükəsi bütün ciddiyyəti ilə davam edir.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Ermənistan silahlı qüvvələri 1990-cı illərin əvəllərində illərdə Qarabağ və ətraf rayonlar – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcər də daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdir. İşğal dövründə Ermənistan beynəlxalq hüquq normalarını açıq şəkildə pozaraq Azərbaycana qarşı güc tətbiq etməklə yanaşı, beynəlxalq humanitar hüquq normalarını da kobud şəkildə pozmuşdur. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanın yeni ərazilərinin işğalı məqsədilə Ermənistanın başlatdığı təxribat xarakterli hücum əməliyyatlarına cavab olaraq, Azərbaycan silahlı qüvvələri tərəfindən əks həmlə əməliyyatlarına başlanılmış, 44 gün davam etmiş müharibə 10 noyabr 2020-ci il tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən başa çatmış və Azərbaycan 30 ilə yaxın işğal altında qalmış ərazilərini azad etmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ermənilərin işğal etdikləri ərazilərdən çıxarkən belə ərazilərə yeni minalar basdırmaqla terror əməllərini davam etdirdilər.

Hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik də daxil olmaqla minaların təmizlənməsi əməliyyatları ilə məşğul olan müvafiq qurumlar azad edilmiş ərazilərdə mina təmizləmə əməliyyatları həyata keçirir.  İkinci Qarabağ müharibəsinin başa çatmasından 5 il vaxt keçməsinə baxmayaraq, mina problemi hələ də qalmaqdadır. İşğaldan azad olunmuş torpaqlarda mina qurbanlarının – ölən və yaralananların sayı artmaqda davam edir. Postmüharibə dövründə Azərbaycan ərazilərində 2020-ci ildən sonra Ermənistanda istehsal olunmuş çoxlu sayda minalar tapılıb. Bu səbəbdən, torpaqlarımız işğaldan azad olunsa da, böyük əraziləri əhatə edən sahələrə minalar basdırıldığına görə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi maneələr var. Ermənistanın bu çirkin siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında yer alıb.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki