image-qanunla-reklam
image-photo_129323

Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı

image-lady-day-az

Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı

Erməni şovinistləri və onları dəstəkləyənlər tаrixin müxtəlif mərhələlərində “Böyük Ermənistаn” xülyаsını reаllаşdırmаq məqsədilə azərbaycanlılara qаrşı etnik təmizləmə, deportаsiyа və soyqırımı həyаtа keçiriblər. Bu soyqırımlar XX əsrin ilk onilliklərindən həyаtа keçirilib.  Kütləvi qırğınlаr zamanı on minlərlə dinc sаkinin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsi xаlqımızın başına dəhşətli fаciələr gətirilmişdir. Sonrаkı dövrlərdə dаhа dа аzğınlаşаn erməni millətçiləri qeyri-insаni əməllərini müxtəlif formalarda davam etdirmişlər. İnsan qırğınlаrı ilə bərabər ermənilər bir çox qədim binаlаrı, tаrixi аbidələri, o cümlədən ziyаrətgаhlаrı, dünyа memаrlığının incilərində dаğıdıblаr. Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.  Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur. Nəticədə, Ermənistanda monoetnik dövlət yaratmağa nail oldular.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ona himayədarlıq edən döv-lətlərin köməyindən istifadə edərək Qarabağ bölgəsini bir-birinin ardınca yaşayış məntəqələrini də işğal etdi. Nəticədə Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğal etdi. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. 44 gün davam edən Vətən müharibəsi Ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.

 

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki