Bu gün İrəvan yaxınlığında, İrəvan-Göyçə yolunun 15-16-cı km-də səhər saatlarında zəncirvari qəza baş verib.
Qanunla.az xəbər verir ki, erməni mediası qəzada 20-dən artıq avtomobilin toqquşduğunu yazıb. Maşınlardan bir neçəsi aşıb.
Hadisə şahidləri bildiriblər ki, yollar buz bağlayıb, yola qum və ya duz səpilməyib. Buna görə də avtomobillər qəzaya uğrayıb.


























