Ermənistanın Vedi rayonunda (ermənilər Ararat deyir – red.) “qanuni oğru”lara yaxınlığı ilə seçilən Aslan Aslanyan mer seçilib.
Qanunla.Az “Hraparak”a istinadla xəbər verir ki, yeni meri Ermənistanda “qanuni oğru” kimi tanınan şəxlərin – Arsen Akopyan və Bari Arsenin maddi və mənəvi olaraq dəstəklədiyi iddia edilir.
Hətta bu dəstəyinə görə Arsen Akopyanın yeni şəhər başçısına özünü mer müavini təyin etdirəcəyi vurğulanır.


























