Ermənistanda son sutka ərzində daha 225 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Qanunla.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 228 161 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 575-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1113 nəfərdir.
Aktiv xəstələrin sayı 3797 nəfər təşkil edir.


























