image-qanunla-reklam
image-irevan-yeni

Ermənistanda daha bir zəlzələ oldu

image-lady-day-az

Ermənistanın şimalında, Gürcüstanla sərhəddə 3.1 bal gücündə daha bir afterşok meydana gəlib.

Qanunla.Az  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:37-də Şirak vilayətində baş verib.

Yerin 10 km dərinliyində qeydə alınan yeraltı təkanların episentri Gümrüdən 42 km şimalda və Taşirdən 28 km qərbdə olub.

Qeyd edək ki, 13 fevralda Gürcüstan-Ermənistan sərhədində güclü zəlzələ baş vermişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki