image-qanunla-reklam
image-1630059529-1102818

Ermənistan Qarabağdakı qondarma rejimə 13 milyard dram AYIRDI

image-lady-day-az

Ermənistan hökuməti “Artsax” adlandırdıqları qondarma quruma 13,4 milyard dram verilməsi layihəsini təsdiqləyib.

Qanunla.Az xəbər verir ki, layihəni bu gün Nazirlər Kabinetinin iclasında maliyyə naziri Tiqran Xaçatryan təqdim edib.

“”Artsax”dakı iqtisadi həyatın tədricən yaxşılaşmasına və dövlət büdcəsinin vergi gəlirlərinin artmasına baxmayaraq, bu, sosial və iqtisadi proqramların bütün maliyyələşdirilməsini təmin etmək üçün hələ də kifayət deyil”, – deyə Xaçatryan bildirib.

O bildirib ki, bu pullar maaş, pensiya, səhiyyə xərcləri, elektrik enerjisi, qaz təchizatı və rabitə xidmətləri xərcləri üçün veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki