image-qanunla-reklam
image-1624942071_xocali-ballica

Ermənistan ordusunun Xocalıdakı döyüş texnikalarının peyk görüntüləri yayıldı-FOTOLAR

image-lady-day-az
“Ermənistan Müdafiə Nazirliyi  hələ də  kamuflyajın əsaslarını öyrənməyib. Adi azərbaycanlıların “Bayraktar”lara belə ehtiyacları yoxdur, sadəcə, “Google maps”la düzgün davranmağı bacarmaq kifayətdir”.
Qanunla.Az xəbər verir ki, bunu  qəsbkar Ermənistanın “AntiTuran” teleqram-kanalı yazıb.
Erməni zabitlərinə “utanın, yoldaş zabitlər!” yazan nəşr  Ermənistan ordusunun Xankəndi, Xocalı şəhərlərində, eləcədə Xocalı rayonunun Ballıca kəndindəki döyüş texnikalarının peyk görüntülərini təqdim edir.
“Peyk foto-şəkilləri Stepanakert(Xankəndi-S.L.) şəhərində təmir olunan hərbi texnikanı nümayiş etdirir.
10 ədəd “D-20” və “Qiatsind-B” (səhra topları, haubitsalar) və PDM.
4-cü foto.
Aygestan kəndi(Xocalı rayonu Ballıca kəndi) yaxınlığında, haubitsalı yük maşınları:
7 ədəd “D-20” və 8 ədəd “D-30” haubitsaları.
5-ci foto.
İvanyanda(Xocalı şəhəri- S.L.) “D-44” və “D-30” haubitsalı 8 yük maşını.
Bu hərbi hissələrin bütün koordinatları  Azərbaycan teleqram-kanallarında  gəzir”.
-erməni telekanalının məlumatında belə deyilir.
Qeyd:

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki