image-qanunla-reklam
image-1628746936-file5005

Ermənistan Kəlbəcər və Gədəbəyi ATƏŞƏ TUTDU

image-lady-day-az

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə Qanunla.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki