image-qanunla-reklam
image-thumbs_b_c_66c60f8b57d51c4076d51c7f20f3e2ba

Ərdoğan Türkiyənin əsas hədəfini açıqladı

image-lady-day-az

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iqtisadi siyasətinin başlıca hədəfini açıqlayıb.

Dövlət başçısı Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK), həmçinin Türkiyə Elmlər Akademiyası (TÜBA) Mükafatlarının təqdimolunma mərasimindəki çıxışında rəsmi Ankaranın dünyanın ilk 10 iqtisadiyyatı sırasına daxil olmağı hədəflədiyini bildirib.

“İxracatta ötən ayın sonuna görə 221 milyard dollarlıq rəqəmə çatdıq. Pandemiyanın yaratdığı problemlər qlobal bazarları təsiri altına almaqda davam edir. Təchizat zəncirlərindəki qırılmalar səbəbiylə iqtisadiyyatlar inflyasiya da daxil olmaqla bir çox sahədə sınaqdan keçir.

Qlobal bazarların bir parçası olan Türkiyə iqtisadiyyatı da təbii ki, bu çətinliklərin və proseslərin təsirlərini hiss edir. Biz bu dövrə imkanlarını maksimuma çatdırdığımız və zərbələrə davamlılığını dəfələrlə sınaqdan keçirdiyimiz güclü iqtisadiyyatla daxil olduq. Məqsədimiz dünyanın ən yaxşı 10 iqtisadiyyatı sırasına düşməkdir.

Üstəlik, biz bu məqsədə heç vaxt olmadığımız qədər yaxınıq”, – deyə Ərdoğan bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki