Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Binəli Yıldırımın başçılıq etdiyi Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının nümayəndə heyətini qəbul edib.
Qanunla.Az-ın xəbərinə görə, bu barədə məlumat Təşkilatın rəsmi “Twitter” səhifəsində paylaşılıb.
Qeyd olunub ki, İstanbulda baş tutan görüşdə Şuranın keçiriləcək sayca 12-ci toplantısı və gündəmdə olan digər məsələlər müzakirə olunub.


























