image-qanunla-reklam
image-erdogan_official_2

Ərdoğan Suriyadan danışdı – O məsələ Ankara üçün son dərəcə əhəmiyyətlidir

image-lady-day-az

Suriya məsələsi Ankara üçün son dərəcə əhəmiyyətlidir.

Qanunla.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin Suriya ilə uzun sərhəd xətti, eləcə də dərin tarixi və mədəni əlaqələri var: “Bu səbəbdən Suriyada baş verən istənilən hadisə birbaşa olaraq Türkiyəyə təsir edir. Son illərdə, təəssüf ki, Suriyadan bizə yalnız mənfi təsirlər və acılar əks olunub. Bu çətin dövrdə Xarici İşlər, Müdafiə və Kəşfiyyat rəhbərlərimiz Suriyadakı vəziyyətlə bağlı davamlı və sıx təmasda olublar”, – Ərdoğan deyib.

 

O əlavə edib ki, Türkiyə Suriyanın yenidən vahid və bütöv dövlət kimi formalaşmasını, eləcə də ölkədə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını dəstəkləyir.

Prezidentin fikrincə, Suriyanın ərazi bütövlüyünün qorunması bu prosesin əsas şərtidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki