image-qanunla-reklam
image-6be2f822d659d9b812c81855bc77ffb7

Ərazilərin bərpası və yenidən qurulması prosesinin institusional əsasları

image-lady-day-az

Ərazilərin bərpası və yenidən qurulması prosesinin institusional əsasları.

Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.

Qeyd edək ki, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı  Prezident İlham Əliyev də Zəngilanın Ağalı kəndi timsalında keçmiş məcburi köçkünlər üçün yaradılan yüksək şəraitə və onların qayıdışı məsələsinə toxunub: “Əlbəttə ki, Zəngilanın Ağalı kəndi Azərbaycan xalqının iradəsinin göstəricisidir. Bir çoxları düşünürdü ki, heç kim geri qayıtmayacaq. Bakı və ya Sumqayıtda böyümüş gənc nəslin nümayəndələri öz torpaqlarında yaşamaq üçün paytaxt şəhərdən kəndə köçüblər. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz.

Əminəm ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti geri qayıdacaq və proses başlayıb”. Məhz bu proses üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlayıb. Bu fonda 30 il əvvəl öz evlərini tərk etmiş keçmiş məcburi köçkünlər  layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. Azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələri işlənir, şəhərlər üçün baş planlar hazırlanıb. Abadlıq-quruculuq işlərində dövlətlə yanaşı, özəl sektor təmsilçiləri, xarici investorlar da iştirak edir. İlk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququna malikdirlər.

Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması qeyd edilənlərin real təsdiqidir.  Bu fonda bir mühüm məqamı da qeyd edək ki, noyabrın 16-da dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Həmin proqrama nəzər salanda bəlli olur ki, onun icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət‒özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflər ön planda yer alır.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsi də xüsusi diqqət mərkəzindədir. Eləcə də azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir.

Bu yerlərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturunun formalaşdırılması hökumətin qeyd edilən səpkidə uğurlu fəaliyyətinin nəticəsidir.

Ümumiyyətlə, proqrmın özündə qeyd edildiyi kimi işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər geniş şəkidə öz əksini tapıb. Proqramda nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək.

Qeyd edilən müddətə kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur, iqtisadiyyat yenidən qurulacaq, sosial inkişaf, ətraf mühitin tarazlı inkişafı təmin ediləcək. Ərazilər minalardan və partlamamış hərbi sursatdan təmizlənəcək, bu yerlərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi reallaşacaq. Həmçinin yaşayış üçün rahat şərait yaradılması məqsədilə nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik təmin olunacaq, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsi gücləndiriləcək. “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyaları öz həllini tapmaqla, ölkədə mənzil fondunun həcmi artırılacaq.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur 2026-cı ilə kimi təkcə Azərbaycan yox, bütün dünya miqyasında  yaşayış üçün ən cəlbedici məkanlardan birinə çevriləcək.

 

Ağayeva İradə Qurban qızı

Saatlı rayon Dövlət  Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki