Ev tekstili üzrə tanınan brendlərdən olan English Home markasının Azərbaycandakı rəsmi distributoru English Home Azərbaycan mağazalar şəbəkəsi yeni mağazasını müştərilərin istifadəsinə verib.
Millitribuna.az xəbər verir ki, mağaza Yasamal rayonu Ə.Haqverdiyev 42A ünvanında xidmətə başlayıb. Müştərilərinə daha yaxın olmağı hədəfləyən mağazalar şəbəkəsi gələcəkdə yeni filialları ilə müştərilərini sevindirməyi planlayır.
Qeyd edək ki, mağazalar şəbəkəsi sosial media vasitələri ilə müştərilərinə onlayn xidmətlər də göstərir. “English Home Azərbaycan” facebook sosial media hesabı və “englishhomeazerbaycan” instagram sosial media hesabı vasitəsilə müştərilər mağazalardan istədikləri məhsulları online sifariş edə bilərlər.

























