image-qanunla-reklam
image-ilham-eliyev-azerbaycanin-enerji-siyasetinin-prioritetini-aciqladi

Enerji siyasətinin prioriteti

image-lady-day-az

Enerji siyasətinin prioriteti.

Son dörd ildir ki ölkəmizin BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi dövlətimizin böyük etimad qazanmasını şərtləndirib. Bu gün yüzdən çox ölkənin etimadını qazanmaq indiki dünya şərtləri çərçivəsində çox çətindir. Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artıraraq dünyada söz sahibi olmasına səbəb olur.  Son illər Azərbaycan yaşıl və daha dayanıqlı enerji landşaftına keçiddə nəzərə çarpacaq irəliləyişlər əldə edib. Ölkə beynəlxalq sərmayə və əməkdaşlıq üçün mərkəzə çevrilməklə yanaşı, təmiz enerji layihələrində də əsas oyunçu kimi mövqeyini möhkəmləndirib. Qlobal miqyasda ekoloji cəhətdən təmiz enerji istiqamətində Azərbaycanın uzaqgörən addımları onun enerji portfelinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz texnologiyaların istifadəsi  yönündə düşünülmüş səylərinin göstəricisidir. Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi, məhz, Azərbaycandır. Hətta, tarixi Zəfərimizi hələ də həzm edə bilməyən və ya, onu qısqanclıqla qarşılayan məlum dairələr belə, bu gerçəkliyi etiraf etmək məcburiyyətindədirlər. Çünki Azərbaycan öz haqqını və tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə həyata keçirib. İstər 44 günlük Vətən müharibəsində, istərsə də, birgünlük antiterror tədbirləri çərçivəsində Azərbaycan beynəlxalq hüququn tələblərindən kənara çıxmadı. Bunu ölkəmizə qarşı qərəzli münasibət bəsləyən qurumlar çox yaxşı bilirlər. Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür.

Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya, külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq, 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Dövlət başçısının qeyd etdiyi kimi, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Azərbaycanın vaxtilə çoxlarına əfsanə kimi görünən layihələrin gerçəkləşdirilməsinə nail olması bugünkü  uğurlara yol açdı. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir.

Bu günümüzün əsas müzakirə mövzularından biri Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi ilə bağlı qərarın qəbul edilməsidir. Dövlət başçısı cənab  İlham Əliyev bununla əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşımında bildirmişdir ki, Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır. Paylaşımda o da qeyd edilmişdir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. «Biz COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik» bildirən cənab İlham Əliyev onu da vurğulamışdır ki, BƏƏ-də COP28-in yüksək səviyyədə təşkil edilməsinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana minnətdarlığımı bildirir və iqlimlə bağlı birgə tədbirlərimizi davam etdirməyimizi səbirsizliklə gözləyirəm.

Azərbaycanın hər bir sahədə zəngin təcrübəsi beynəlxalq tədbirlərə özünə inam əsasında ev sahibliyini şərtləndirir. Bu gün bəşəriyyəti ən çox narahat edən problemlərdən biri iqlim dəyişmələridir. İqlim dəyişmələri üzrə problemlərin həllində Azərbaycan müstəqilliyinin ilkin illərindən fəal iştirak edir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub, bununla əlaqədar Kiot protokolunu 2000-ci ildə, sonuncu Paris Sazişini isə 22 aprel 2016-cı ildə imzalayıb və ratifikasiya edib. Təsdiq edilmiş sənədə əsasən, Azərbaycan qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyasının 35 faiz azalmasını qarşısına hədəf qoyub. İqlim dəyişikliyi siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla prioritet sahədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də reallaşdırılması nəzərdə tutulan beş prioritetin biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu prioritetlər isə qlobal iqlim dəyişiklikləri prosesləri fonunda özündə bütöv bir tədbirlər sistemini cəmləşdirir. Dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru “yaşıl zona” elan edib.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki